Şrift:
GAMAC-dan Ankarada İran səfirliyi qarşısında etirak aksiyası keçirməyə Çağırış
24.12.2015 [10:13] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz, Bildiriş
Davam.az GünAz TV-yə istinadən xəbər verir ki, Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC) azərbaycanlı fəalları İranın Ankara səfirliyi qarşısında etiraz aksiyası keçirməyə çağırır.
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi bütün milli-mədəni fəallar, qurum və təşkilatlara müraciət ünvanlayaraq onları İran səfirliyi qarşısında nəzərdə tutulan etiraz aksiyasının keçirilməsinə dəvət edir.

Dinc yığıncaqda İranın bölgədə apardığı siyasət, xüsusi ilə də Suriya və İraqda Rusiyanın dəstəyi ilə Suriyanın günahsız əhalisi o cümlədən Bayırbucaq türkmənlərinin qətliam etməsi məhkum ediləcək. Həmçinin yığıncaqda İran və Rusiya tərəfindən laik Türkiyənin İraq və Şam İslam Dövlətinə (İŞİD) dəstək verməkdə ittiham edilməsi məhkum ediləcək və Türkiyə hökumətinə dəstək nümayiş etdiriləcək.

Yığıncağın zamanı: Dekabrın 26-ı (deyin 5-i), yerli vaxtla saat 11:30

Məkan: Ankara, Koğulu Park (İran səfirliyi tərəfinə hərəkət ediləcək)
Bu xəbər oxucular tərəfindən 724 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed