Şrift:
Suriyada daha bir “Sepah”çı öldürülüb
24.12.2015 [15:15] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran İnqilab Keşikçiləri Korpusunun (Sepah) daha bir üzvü, İsmayıl Xanzadə Suriyada gedən döyüşlərdə öldürülüb.
31 yaşlı “Sepah”çı İsmayıl Xanzadə dekabrın 20-də Suriyanın Hələb şəhərində İŞİD-çilərlə qarşıdurmada həlak olub. Onun meyiti ölkəyə gətirilərək dekabrın 23-də İranın Mahmudabad şəhərində dəfn edilib.

Qeyd edək ki, İran İslam Respublikası Suriya hökumətinin yaxın müttəfiqi və onun əsas himayədarlarından biri sayılır. Son aylarda Bəşər Əsədi və onun hökumətini qorumaq üçün bu ölkəyə göndərilmiş “Sepah”ın onlarla komandir və üzvü İŞİD-ə qarşı hərbi əməliyyatlarda həlak olub.
Bu xəbər oxucular tərəfindən 445 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed