Şrift:
İranda 3 azərbaycanlı fəal azadlığa buraxılıb
24.12.2015 [15:44] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bir həftə əvvəl milli zəmində apardıqları dinc fəaliyyətlərinə görə 1 aylıq həbs cəzasını çəkmək üçün Xoy şəhərinin zindanına salınan milli-mədəni fəallarƏmin Hacilu, Araz Xassə Təraş və İslam Əli Əkbərlu dekabrın 21-də şərti olaraq azadlığa buraxılıblar.
2014-cü ilin fevral ayında Beynəlxalq Ana Dili Günü mərasimlərinə qatıldıqlarına görə tutulan və az sonra mülk girovu qarşılığında azadlığa buraxılan hər üç fəal, 2015-ci il, dekabrın 15-də barələrində çıxarılmış 1 aylıq həbs cəzasını çəkmək üçün yenidən Xoy zindanına salınmışdılar. Onlar əvvəlki həbsdə saxlanıldıqları günlər də nəzərə alınaraq müəyyən şərtlərlə sərbəst buraxılıb.

Xatırladaq ki, sistemə qarşı təbliğat aparmaqda günahlandırılan hər üç fəal milli bundan əvvəl Xoy inqilab məhkəməsində 3 ay həbs cəzası alsalar da, sonradan Qərbi Azərbaycanın apellyasiya məhkəməsi həmin müddəti 1 aya endirmişdi.
Bu xəbər oxucular tərəfindən 498 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed