Şrift:
“Traxtur”dan son məlumat
25.12.2015 [10:08] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizin “Traxtur” futbol komandasının keçmiş kapitanı yenidən “Traxtur”a qayıdacağı ilə bağlı yayılan xəbəri təsdiqləyib.
Super liqa müsabiqələrinin əvvəlindən Təbrizin “Qostəreşe fulad” komandasında oynayan Mehdi Kiyani, artıq “Traxtur” klubu ilə razılığa gəldiyini bildirib: “Mən “Traxtur” klubu ilə razılığa gəlmişəm və keçmiş komandama qayıdacağım üçün çox sevinirəm.”

“Qostəreşe fulad” klubunun məsullarına öz təşəkkürü və xoş arzularını bildirən oyunçu, “Traxtur” komandası və onun tərəfdarlarına müsbət təsir edəcəyinə ümid etdiyini bildirib.

Tehranın “İstiqlal” takımı isə “Traxtur”dan şikayət etdiyini bildirib. Paytaxt komandası iddia edib ki, dekabrın 22-də (deyin 1-də) Təbrizin səhənd stadionunda bu komanda ilə “Traxtur” arasında keçirilən müsabiqədə “Traxtur” tərəfdarları “İstiqlal” oyunçularına psixoloji (rəvani) təsir etmək məqsədi ilə onlara qarşı təhqiramiz şüarlar səsləndirib və meydançaya bəzi əşyalar atıblar. “İstiqlal” klubunun iddiasına görə, “Traxtur” tərəfdarlarının səsləndirdikləri şüarlar videokameraya çəkilib. Klubun yadığı məlumatda bildirilir ki, faktla bağlı bütün sənədlər Futbol Federasyonunun İnzibati Komitəsinə təqdim olunacaq.

Qeyd edək ki, dekabrın 22-də İran kuboku (cam-i həzfi) yarımfinal mərhələsinin son müsabiqəsi Təbrizin səhənd stadionunda baş tutdu. “Traxtur”la “İstiqlal” komandaları arasında keçirilən müsabiqədə “Traxtur” tərəfdarları baş məqçi Tuni Oliveranın Əmir Qələnoi ilə əvəzlənməsi və hakim Hüseyn Bərzgərə qarşı öz etirazlarını bildirib və “İran Federasyonu – Azərbaycanın düşməni” kimi şüarlar səsləndiriblər.
Bu xəbər oxucular tərəfindən 452 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed