Şrift:
Güney Azərbaycan idmanında itki baş verib
07.02.2012 [13:46] - Güney Azərbaycan-Təbriz
Azərbaycanlı milli-mədəni fəallar Xəlil İqbali və Nadir Purmehri qar uçqunu altında qalaraq dünyalarını dəyişiblər.Azərbaycanlı fəallar Sarabın Bozquş dağına çıxarkən bu faciə ilə üzləşiblər.Qeyd edək ki, adını çəkdiyimiz soydaşlarımızın cansız cəsədi idman məsullarının diqqətsizliyi nəticəsində bir neçə saat sonra qar altından çıxarılıb.
Məlumata görə, onların cəsədini qar altından çıxarmaq üçün imdad qrupu və təcili yardım avtomobili (ambulans) hadisə yerinə göndərilmədiyi üçün, cəsədlər yük avtomobili (nisan) ilə Təbrizə göndərilib.Məsullar isə gənclərin kütləvi dağa çıxması ilə bağlı bilgisiz olduqlarını deyib və bunun üçün lisenziya olmadığını bəyan ediblər.

ALLAH rəhmət eləsin
Bu xəbər oxucular tərəfindən 1355 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed