Şrift:
İrqçi fars müəllim türk şagirdləri təhqir edib!
25.12.2015 [10:14] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Robatkərim məktəbində (mədrəsə) türk şagirdlər ana dillərində danışdıqları üçün irqçi fars müəllim tərəfindən təhqir edilib.
Sosial şəbəkələrdə yayılan məlumata görə, son günlərdə Robatkərimin Ərsincan məktəbində Dəryabord adlı ərəb dili müəllimi, türk şagirdləri təhqir edərək onları türk dilində danışacaqları təqdirdə sinifdən çıxarmaqla hədələyib.

Müəllimlə şagirdlərin arasındakı dialoq belə olub:

Müəllim ana dillərində danışan şagirdlərə deyib: “Adam dilində danışın biz də anlayaq. Adam kimi danışın başı xarablar!”

Zəncanlı bir türk şagird bunun cavabında deyib: “Biz müəllimlərdən nümunəvi rəftar gözləyirik. Hörmətli müəllim biz “irqçiliyə stop” deyirik.”

Müəllim şagirdin cavabında deyib: “Uzunqulaqlara nəsə demək olmur!”

Qeyd edək ki. İran qanunlarına görə bütün təhsil ocaqlarında ancaq fars dilində söhbət edilməlidir, əks halda qanun pozuntusu kim qəbul olunur və qanunu pozanlara qarşı tədbir alınır.
Bu xəbər oxucular tərəfindən 516 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed