Şrift:
Qərbi Azərbaycan: İsmail Simitqonun nəvəsi parlament seçkilərinə namzədliyini irəli sürüb
26.12.2015 [10:50] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Qərbi Azərbaycan vilayətini kürdləşdirməyə çalışan qüvvələr parlament seçkiləri öncəsi aktivləşib.
Qərbi Azərbaycan şəhərlərini kürd şəhərləri kimi dünyaya göstərmək istəyən qüvvələr radikal kürdləri qarşıdan gələn parlament seçkilərinə namzəd edir. Son məlumata görə, ötən əsrin əvvəllərində Azərbaycan türklərinin qətliamına fərman vermiş talançı İsmail Simitqonun oğlu da millət vəkili olmağa çalışır. Artıq Arman Simitqonun Urmiyədən öz namzədliyini irəli sürdüyü bildirilir. Bununla yanaşı, Urmiyədə yaşayan mühacir kürdlərdən Əhməd Nəçəmi, Əfsanə Misgəri və Rahilə Əminin də namzədliyinin qeydə alındığı bildirilir.

Xoy şəhərindən isə Xəlil Dudkanluyi Milan adlı bir mühacir kürdün namzəd olduğu barədə məlumat əldə olunub.

Qeyd edək ki, kürd terrorçu qruplaşmaları uzun illərdir Qərbi Azərbaycan vilayətini kürdləşdirməyə və bu bölgəni dünyaya kürd ərazisi kimi göstərməyə çalışır. Radikal kürdlər bu istiqamətdə müxtəlif işlər görür və “Pjak” terror qruplaşması isə zaman-zaman terror aktlarına əl atır. Onlar Urmiyə, Maku, Poldəşt, Qərəzyaləddin, Xoy, Salmas, Qoşaçay, Sulduz və s. kimi şəhərlərdə seçki öncəsi aktivləşir və İran parlamentinə kürd millət vəkilləri göndərməyə çalışırlar. Bu proses uzun illərdir başlayıb və hələ də davam edir.
Bu xəbər oxucular tərəfindən 728 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed