Şrift:
Azərbaycanlı fəal Qoşaçay zindanına köçürülüb
26.12.2015 [10:56] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda azərbaycanlıların milli haqları uğrunda apardığı dinc mübarizəyə görə bir ay əvvəl tutulub həbsə salınan gənc fəal Mehdi Deyhimi, saxlanıldığı Marağa həbsxanasından Qoşaçay zindanına köçürülüb. O, 6 gün əvvəl köçürülsə də bu barədə xəbər yenicə yayılıb.
Güney Azərbaycan mənbələrinin yaydığı məlumata görə, Mehdi Deyhimi bir neçə həftə əvvəl Marağa həbsxanasının rəhbərliyinə məktub yazaraq Qoşaçay zindanına köçürülməsini xahiş etmişdi. Həbsxana rəhbərliyi onun bu arzusunu nəzərə alaraq fəal dekabrın 19-da Qoşaçay zindanına köçürülüb.

Qeyd edək ki, Mehdi Deyhimi noyabrın 24-də Qoşaçay şəhərində, bir sıra məsələlər barədə ifadə vermək üçün çarbürc polis bölməsinə çağırılıb və oradaca tutulub. Polis idarəsində bir neçə saatlıq dindirildikdən sonra dinc fəal Marağa həbsxanasına köçürülüb. Yayılan məlumatlara görə, fəal milli zəmində apardığı dinc fəaliyyətinə görə bundan əvvəl barəsində çıxarılmış 1 illik həbs cəzasını çəkmək üçün tutulub.

Xatırladaq ki, Mehdi Deyhimi 2014-cü ilin sentyabr ayında (1393-cü il, şəhrivərin 10-da) Güney Azərbaycanın Məlikan şəhərində polis tərəfindən tutulmuşdu. Həmin vaxt Marağa məhkəməsi dinc fəalı sistemə qarşı təbliğat aparmaqda günahlandıraraq 1 il şərti həbsə məhkum etsə də, o, az müddət saxlanıldıqdan sonra mülk girovu qarşılığında müvəqqəti azadlığa buraxılmışdı.
Bu xəbər oxucular tərəfindən 741 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed