Şrift:
Orta məktəbdə "Qərbin görünməyən üzü” adlı tədbir keçirilib
26.12.2015 [12:33] - Gündəm, Gənclik, Bildiriş
“Cəmiyyət və Milli Dövlət” İctimai Birliyi “Qərbin görünməyən üzü” layihəsi çərçivəsində Bakının Xətai rayonunda yerləşən 264 saylı məktəb-litseydə şagirdlər və valideynlərlə görüş keçirmişdir. Tədbirdə Birliyin sədri, tarix elmləri doktoru Güllü Yoloğlu, sədr müavini Nuran Gündüzoğlu, ziyalılardan filosof-şair Asif Bayramov, politoloq Hülya Məmmədli də iştirak etmişdirlər. Tədbirin əsas təşkilatçıları olan 264 saylı məktəb-litseyin direktoru Sevda xanım Qocayeva, Azərbaycan dili və ədəbittatı müəllimi İlahə Mehdizadə şagirdlərin maraq dairəsini nəzərə alaraq Qərbdən gələn bəzi zərərli məsələləri və onlarla mübarizə yollarını göstərən “Baal-Zevulun marionetlər” kitabının müəllifi gənc tədqiqatçı Nuran Gündüzoğlunun “Qərbin görünməyən üzü. Oğurlanmış nəsil” filminin nümayişini təşkil etmiş, şagirdlərlə müəllifin debatına geniş yer ayırmışdılar. Yuxarı sinif şagirdlərinin verdikləri suallar, irəli sürdükləri fikirlər onların maraq dairəsinin çox geniş olduğunu göstərir, etirafları isə “Baal-Zevulun marionetləri” kitabının onlara nə qədər müsbət təsir etdiyini, doğru yola yönləndirdiyini aşkar etdi. Tədbir iştirakmıları Nuran Gündüzoğlunun bu səpkili çıxışlarının bütün təhsil ocaqlarında dinlənilməsinə, onun “Baal-Zevulun marionetləri” kitabının isə yeniyetmələr arasında yayılmasınıa böyük ehtiyacın olduğunu vurğuladılar. Sonda məktəb-litseyin bir qrup istedadlı şagirdlərinin ifasında maraqlı rəqs, mahnı, şeir və musiqi nömrələri göstərildi.
Orta məktəbdə "Qərbin görünməyən üzü” adlı tədbir keçirilib

Orta məktəbdə "Qərbin görünməyən üzü” adlı tədbir keçirilib

Bu xəbər oxucular tərəfindən 1179 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed