Şrift:
İranda xristianlığı qəbul edən 10 nəfər tutulub
28.12.2015 [13:01] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda islamı tərk edərək xristianlığı (məsihiyyəti) qəbul edən 10 nəfər tutulub. Hadisə iki gün əvvəl baş versə də, bu barədə xəbər yenicə yayılıb.
İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Şiraz şöbəsinin mülki geyimli əməkdaşları dekabrın 25-də İsa Məsihin doğum günü və milad bayramı münasibətilə “Ev kilsəsi” şəraitində keçirilən dini mərasimə basqın edərək ən azı 10 nəfəri tutub naməlum istiqamətə aparıblar. Evdə yoxlama aparılıb, xristianlığa aid kitablar, peyk anteni və bir sıra şəxsi əşyalar götürülüb.

Tutulanların adları belədir: Möhsün Cavadi, İlahə İzədi, Məhəmməd Gülşəni Kiya, Rza Məhəmmədi, Mahmud Salehi, Musa Saripur, Əlirza Əli Qənbəri, Məhəmmədrza Sultaniyan, soyadı bilinməyən Xəlil adlı bir şəxs və kimliyi bəlli olmayan daha bir xristian.

Yaxalanarkən təhlükəsizlik qüvvələrinin zorakılığına məruz qoyularaq kobud şəkildə təhqir edilən şəxslərin hazırda harada saxlanıldığı və onların konkret nədə günahlandırıldığı haqda məlumat yayılmayıb.
Bu xəbər oxucular tərəfindən 707 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed