Şrift:
“Traxtur” Tehran komandasını şumladı
29.12.2015 [10:02] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizin “Traxtur” futbol komandası İran paytaxtı Tehranda daha bir qələbəyə imza atıb.
İran üzrə futbol klublarının super liqa rəqabətlərinin 16-cı həftəsində keçirilən müsabiqədə “Traxtur”, Tehranın “Neft” takımı ilə qarşılaşıb.

Bu dəqiqələrdə sona çatan müsabiqədə yalnız bir qol vurulub. Qol “Traxtur” oyunçusu Səid Ağayi tərəfindən 45-ci dəqiqədə vurulub və bununla da “Traxtur-Neft” müsabiqəsi 1:0 hesabı ilə Azərbaycan komandasının xeyirinə yekunlaşıb.

Bu nəticədən sonra “Traxtur” 25 imtiyazlı olub və cədvəlin 7-ci yerində yer alıb.
Bu xəbər oxucular tərəfindən 858 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed