Şrift:
Marağa zindanında vəziyyət ağırdır!
29.12.2015 [10:06] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Məhbuslar Marağa şəhərinin həbsxanasında ağır vəziyyətdə saxlanılır.
Marağa zindanında ümumi vəziyyət olduqca ağırdır.

Məlumata görə, zindanın 3-cü bölümündə 180 yataq təxti var, lakin bölümdə saxlanılan məhbusların sayı otağın tutumundan 2 dəfə çoxdur və bu vəziyyət məhbusların psixoloji (rəvani) durumuna mənfi təsir edir. Zindan bölümlərinin natəmiz vəziyyətdə olması isə məhbuslar arasında yoluxucu xəstəliklərin yaranıb və yayılmasına səbəb olur.

Həmçinin soyuq fəsil başladıqdan sonra, həbsxananın bölümlərində istilik sisteminin olmaması vəya yetərsiz olması məhbuslar üçün əlavə problemə yol açıb. Məlumata görə, məhbusların əksəriyyəti soyuq havadan əziyyət çəkir və bu səbəbdən müxtəlif xəstəliklərə düçar olurlar.

Zindanda narkotik maddələrinin yayılması isə ayrıca problemdir. Məlumatda bildirilir ki, həbsxana bölümləri və karidorlarda quraşdırılan gizli kameralar (durbin) formal xarakter daşıyır və narkotik maddələrinin əksəriyyəti məhz zindan məsulları tərəfindən satılır.
Bu xəbər oxucular tərəfindən 638 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed