Şrift:
Qəzvində işsizlərin sırası genişlənir: 500 nəfər iş yerini itirdi
29.12.2015 [10:09] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın müxtəlif bölgələrində işsizlik hökm sürür.
Son məlumata görə, Qəzvində işsizlərin sayına daha 500 nəfər əlavə olunub. Bu barədə danışan Qəzvin Vilayətinin Əmək İslam Şurasının rəisi bildirib ki, “Abginə” şirkətinin 500 işçisi, şirkətdə işlərin dayandırılmasından sonra işsiz qalıb.

Məhəməd Əmani “Tasnim” xəbər agentliyinə bildirib ki, “Qəzvin vilayətində 15 şirkət fəaliyyətini rəsmən dayandırıb. “Puşine baft”, “Naznəx”, “Fərnəx”, “Nəqş-i İran” və s. kimi şirkətlərin bağlanması ilə 2000 nəfər iş yerini itirib.”

M.Əmani əlavə edib ki, “fəaliyyəti dayandırılmış “Abginə” şirkətinin işsiz qalan 500 işçisi 6 aydan çoxdur maaş ala bilməyib və onların ailəsi sığortalarının ödənilməməsi səbəbindən tibbi dərman problemləri yaşamaqdadır.”

Xatırladaq ki, Güney Azərbaycanın müxtəlif şəhərlərində işsizlik məsələsi əhalinin ən əsas problemi kimi gündəmdədir. Bu problem son illərdə ölkədəki iqtisadi gərginliklə əlaqədar istehsal müəssisələrinin bağlanması ilə daha da artıb.
Bu xəbər oxucular tərəfindən 547 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed