Şrift:
İranın Azərbaycandakı səfirliyi qarşısında piket keçirilib
02.01.2016 [10:57] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Dekabrın 31-də Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) təşkilatçılığı ilə İranın Azərbaycandakı səfirliyi qarşısında piket keçirilib.
Piket Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə təşkil olunub. Aksiyada “Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun” şüarı səsləndirilib.
Piket iştirakçıları İranda yaşayan azərbaycanlıların hüquqlarının pozulmasına etiraz edib, onlarla həmrəylik nümayiş etdirərək, şüarlar səsləndiriblər. Aksiyaçılar tərəfindən “Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun” şüarı səsləndirilib.
Sonda piketin qətnaməsi oxunaraq səfirliyə təqdim olunub.
Himnlə yekunlaşan aksiyaya polis müdaxilə etməyib.
Bu xəbər oxucular tərəfindən 535 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed