Şrift:
Rusiya və Çin Suriya ilə bağlı qətnaməyə veto qoyublar
05.10.2011 [10:46] - Köşə yazarları
Rusiya və Çin veto hüququndan istifadə edərək BMT-nin Təhlükəsizlik Şurasında Suriya ilə bağlı qətnamənin qəbul olunmasını dayandırıblar.
Avropa dövlətləri tərəfindən hazırlanmış qətnamə layihəsi Suriyada etirazçılara qarşı zorakılığa son qoyulmadığı təqdirdə bu ölkənin hakimiyyətinə qarşı sanksiyaların tətbiq olunmasını nəzərdə tuturdu.
Təhlükəsizlik Şurasının 9 üzvü qətnamənin “lehinə” səs verib, 4 ölkə səsvermədə bitərəf qalıb.
Rusiya və Çin son dəfə 2008-ci ildə Zimbabve prezidenti Robert Mugabe rejiminə qarşı BMT-nin sanksiyalarını nəzərdə tutan qətnaməyə dair səsvermədə veto hüququndan istifadə ediblər.
Bu xəbər oxucular tərəfindən 531 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed