Şrift:
Zəncanda Azərbaycan türkcəsində şeir və musiqi gecəsi keçirilib
02.01.2016 [12:44] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Dekabrın 29-da Güney Azərbaycanın Zəncan şəhərində ana dilimizdə “Qızıl özən axır-3” adlı şeir və musiqi gecəsi keçirilib.
Zəncanda “Qızıl özən” dərnəyinin təşəbbüsü ilə şəhərin “İmam Xomeyni” adlı mədəniyyət sarayında keçirilən şeir və musiqi gecəsinə, İran təhlükəsizlik qüvvələrinin qoyduğu məhdudiyyətlərə və göstərdiyi təzyiqlərə baxmayaraq Azərbaycan dili və mədəniyyəti ilə maraqlanan yüzlərlə insan qatılıb.

Mərasimdə bir sıra tanınmış şairlərlə yanaşı bəzi yeniyetmə və gənc şairlər öz şeirlərini oxuyaraq şeir həvəskarlarının böyük rəqbətini qazanıb. Azərbaycan türk dili və ədəbiyyatı ilə bağlı bir neçə çıxışdan sonra Zəncan aşıqlarının səhnədəki rəngarəng çıxışı mərasimin daha da maraqlı və şən keçirilməsinə səbəb olub.

Mərasimin sonunda şeir oxuyan bir neçə uşağa hədiyyələr verilib.
Zəncanda Azərbaycan türkcəsində şeir və musiqi gecəsi keçirilib

Zəncanda Azərbaycan türkcəsində şeir və musiqi gecəsi keçirilib

Zəncanda Azərbaycan türkcəsində şeir və musiqi gecəsi keçirilib

Bu xəbər oxucular tərəfindən 545 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed