Şrift:
Bakı Uşaq Teatrı yeni il bayramı münasibətilə “Qış bayramı” tamaşasını nümayiş etdirdi.
02.01.2016 [12:51] - Gündəm, Afişa, Bildiriş
Tamaşanın ssenari müəllifi Arzu Soltan, quruluşçu rejissoru İntiqam Soltan, rejissor köməkçisi İlhamə Əhmədova, rəssam Sevda Məmmədovadır.Tamaşa uğurla nümayiş olunmuşdur. Hətta Teatr “Qış bayramı” tamaşası ilə Masazırda yerləşən Zəngilan Rayon Qaçqın şəhərciyində də balacaların qonağı olmuşdur.
Sifarişinin olmadığından şikayətlənən dəmirçi Qara kişinin yanına gələn meymun ondan balta düzəltməsini istəyir. Baltanı neyləyəcəyini öyrənən dəmirçi meymuna balta düzəltməkdən imtina edir. Meymun qarşısına çıxan hər bir kəsdən xahiş edir ki, dəmirçinin ona balta düzəltməsi üçün köməklik etsinlər. Axı Meymunun saqqızı Şam ağacın içinə düşüb və onu çıxarda bilmir.Balta ilə Şam ağacını kəsib saqqızını götürmək istəyən Meymuna hamı “Ağacı kəsmək olmaz!” deyir və ona saqqız alması üçün pul verir. Hökmdarın sarayına qədər gedib çıxan Meymun Siçanın quyruğunu dartıb qoparır və tapşırır ki, hökmdarın anasına desin, o da oğluna desin ki, dəmirçi balta düzəltməsə Siçan Hökmadarın anasının bayram üçün tikdirdiyi paltarını didəcək. Çarəsiz qalan Siçan Meymunun dediklərini edir. Bunları eşidən Hökmdarb Meymundan niyə belə etdiyini soruşduqda Meymun əslində saqqız üçün yox Yeni il bayramınbı qeyd etmək üçün Şam ağacını kəsmək istədiyini deyir. Axı bu il onun ilidir. Hökmdar Dəmirçini çağırtdırır. Dəmirçi Hökmdarın sifarişi ilə süni yolka düzəldib saraya gətirir. Hökmdar, anası, Meymun, Siçan, Tıq-tıq xanım, Qırmızıpapaq, Canavar , saray əyanları birlikdə yeni ili qeyd edirlər.
Bu xəbər oxucular tərəfindən 638 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed