Şrift:
Tehran-Təbriz yolu bağlanılıb
03.01.2016 [10:43] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycan və İran şəhərlərinə yağan şiddətli qar bir sıra problemlərə yol açıb.
Bu gün yayılan xəbərə görə, Tehran-Təbriz caddəsinin Bostanabaddan Tehrana qədər hissəsində maşınların gediş-gəlişinə qadağa qoyulub. Bu barədə danışan Şərqi Azərbaycan Yol Polisinin rəisi bildirib ki, maşınlar Bostanabad-Tehran arasında şiddətli qar və çovğuna görə problemə düşə bilər və bu cəhətdən sürücülər qədim Təbriz-Miyana və Miyana-Zəncan caddəsindən istifadə etməlidir.

Polkovnik (sərhəng) Cavad Namvəran əlavə edib ki, “ötən gecə Marağa-Həştrud caddəsi də şiddətli çovğun nəticəsində bağlanılıb, hazırda isə bu istiqamətdə maşınların hərəkətində heç bir problem yoxdur. Lakin bütün nəqliyyat vasitələrinin zəncirdən istifadə etməsi məcburidir.”

Qeyd edək ki, cümə günü yağan şiddətli qar nəticəsində Şərqi və Qərbi Azərbaycanda bir çox kəndin yolu kəsilib və əksər məktəblərin 6-cı gün tətil olacağı elan olunub.
Bu xəbər oxucular tərəfindən 439 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed