Şrift:
Azərbaycanlı fəal İskəndər Əli Mirzayi azadlığa buraxılıb
03.01.2016 [10:49] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Azərbaycanlı milli-mədəni fəal İskəndər Əli Mirzayi Sulduz həbsxanasından azadlığa buraxılıb.
O dekabrın 30-da (deyin 9-da) kəfalət qərarı ilə sərbəst buraxılıb.

Xatırladaq ki, azərbaycanlı fəal 6-cı gün dekarın 26-da Polis İdarəsinə çağırıldıqdan sonra yaxalanıb və bu şəhərin həbsxanasına aparılmışdır. Fəalın tutulması fars irqçiliyinə qarşı keçirilən son etiraz dalğası ilə bağlı olduğu ehtimal edilsə də, bu barədə dəqiq məlumat yoxdur.

Adını çəkdiyimiz azərbaycanlı milli-mədəni fəal bundan öncə də mədəni fəaliyyətlərinə görə dəfələrlə saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.
Bu xəbər oxucular tərəfindən 606 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed