Şrift:
Urmiyada tutulan fəal Əta Kərimi ETTELAAT-ın təcridxanasına köçürülüb
03.01.2016 [10:54] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda azərbaycanlıların milli hüququ uğrunda dinc fəaliyyət apardığına görə dörd gün əvvəl tutulan fəal Əta Kərimi dekabrın 30-da ETTELAAT-ın Urmiyadakı idarəsinin təcridxanasına köçürülüb.
Əta Kərimi İran təhlükəsizlik qüvvələrinin müxtəlif bəhanələrlə onun mülk girovu qarşılığında müvəqqəti azadlığa buraxılmasına mane olmasından sonra hələlik həbsdə qalmalı olduğunu bildirib.

Xatırladaq ki, İran təhlükəsizlik qüvvələri Əta Kərimini dekabrın 27-də Urmiyanın “Şəhrdari” voleybol komandası ilə Xorasanın “Samin ül hocəc” takımı arasında şəhərin 6 min yerlik Qədir idman zalında keçirilən yarış zamanı tutub aparmışdılar.

Urmiyalı fəalın konkret nədə günahlandırıldığı haqda hər hansı bir məlumat yayılmayıb.
Bu xəbər oxucular tərəfindən 469 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed