Şrift:
İranda azərbaycanlı fəal 2 il həbsə məhkum edilib
03.01.2016 [11:11] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda Azərbaycan türklərinin milli kimliyi uğrunda dinc mübariz, Haşım Ədib Şəfəqin məhkəməsi keçirilib. Məhkəmə iclası dekabrın 19-da (azərin 28-də) keçirilsə də, bu barədə məlumat yenicə yayılıb.
Xatırladaq ki, noyabrın 9-da rassizm və fars irqçiliyinə qarşı kütləvi etirazlarda tutulan dinc fəal Haşım Ədib Şəfəq 2 gün saxlanıldıqdan sonra 80 milyon tümənlik mülk girovu qarşılığında müvəqqəti olaraq azadlığa buraxılıb. Dekabrın 19-da keçirilən iclasda, Ərdəbil məhkəməsi Haşım Ədib Şəfəqi qanunsuz toplantılara qatılmaqda və ölkənin daxili təhlükəsizliyinə qarşı çıxmaqda günahlandıraraq 2 illik həbsə məhkum edib.

Məhkəmənin azərbaycanlı fəala çıxardığı hökmündə bildirilir ki, müttəhimin cavanlığını nəzərə alaraq İslam Cəza Qanununun 46-cı maddəsinə istinadən ona verilən hökmün icrası 3 il müddətinə təxirə salınaraq dayandırılır.
Bu xəbər oxucular tərəfindən 464 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed