Şrift:
Zəncan vilayətində məktəb binaları qeyri-standard vəziyyətdədir
03.01.2016 [21:29] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanda təhsil ocaqlarının bərbad durumundan əziyyət çəkən bölgələrdən biri də Zəncan vilayətidir. Məlumata görə, bu vilayətdə məktəb binalarının üçdə biri qeyri-standarddır.
Bu barədə danışan Zəncan Vilayəti Təhsil Şöbəsinin baş müdiri bildirib ki, Təhsil Şöbəsinin məsulları və müəllimlər təhsil ocaqlarının təmini ilə bağlı nigaranlıq hissi keçirməməlidir, onlar yalnız təhsilin keyfiyyətini düşünməlidir.

“Tasnim” xəbər agentliyinin yaydığı məlumata görə, Murtaza Təmcidi Zəncanda “Tofiq” məktəbinin təməlqoyma mərasimində bu vilayətdə məktəb binalarının üçdə birinin qeyri-standard olduğu və onların əsaslı təmirə ehtiyacı olduğunu diqqətə çatdırıb. O vurğulayıb ki, “bir çox məktəb binası təhsilə gərəkən imkanlardan məhrumdur, halbuki şagirdlərin keyfiyyətli təhsil alması üçün normal standardlara cavab verən məktəblər vacibdir.”

M.Təmcidi problemdən çıxış yollarına da toxunub. O dövlətin iqtisadi çətinliyinə işarə edərək bildirib ki, təhil ocaqlarının təmiri vəya tikilməsi yalnız xeyriyyəçi şəxslərin gələcək fəaliyyəti ilə bağlıdır, ona görə də onlar bu sahədə daha da fəal olmalıdır.”
Bu xəbər oxucular tərəfindən 489 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed