Şrift:
Məhkəmə Saleh Piçkanlunun etirazını təmin etməyib
04.01.2016 [11:12] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Ərdəbil məhkəməsi azərbaycanlı milli-mədəni fəal Saleh Piçkanlunun çıxarılan 3 ay həbs və 30 zərbə şallaq qərarına etirazını təmin etməyib.
Ərdəbil Cəza Məhkəməsinin 103-cü Şöbəsi azərbaycanlı fəal haqqında çıxarılan qərarı olduğu kimi qüvvədə saxlayıb.

Azərbaycanlı milli-mədəni fəal haqda çıxarılan qərara 20 gün ərzində Apelyasiya Məhkəməsi (təcdide nəzər məhkəməsi) tərəfindən baxıla bilər.

Xatırladaq ki. Saleh Piçkanlu daha 4 fəal Mustafa Pərvin, Tohid Əmir Əmini, Meysəm Colani və Murtaza Pərvinlə birlikdə Ərdəbilin “Şəhrdari” komandası ilə Hormozqanın “Alüminium” takımı arasında keçirilən futbol müsabiqəsində siyasi məhbuslara dəstək vermək məqsədi ilə plakat qaldırdıqlarına görə saxlanılmışdır. Onlar Ərdəbil Cəza Məhkəməsinin 2-ci Şöbəsi tərəfindən “etnik şüarları səsləndirməklə ümumi asayişi pozmaq” ittihamı ilə hər biri 3 ay həbs və 30 zərbə şallaq cəzasına məhkum edilib.
Bu xəbər oxucular tərəfindən 489 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed