Şrift:
Ərdəbildə azərbaycanlı milli-mədəni fəal Bəhram Novin ETTELAAT idarəsinə çağırılıb
04.01.2016 [11:17] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Ərdəbildə azərbaycanlı milli-mədəni fəal Bəhram Novin ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsinə çağırılıb.
Məlumata görə, azərbaycanlı fəal telefon vasitəsi ilə ETTELAAT idarəsinə çağırılıb. O çağırışa əsasən dekabrın 3 vəya 4-də (deyin 13 vəya 14-də) bəzi məsələlərlə bağlı sorğu-suala tutulmaq üçün Ərdəbilin ETTELAAT şöbəsinə müraciət etməlidir.

Məhkəmənin yazılı çağırışını tələb edən Bəhram Novin isə təhlükəsizlik qüvvələrinin qanunsuz çağırışını rədd edib.

Fəalın ETTELAAT şöbəsinə çağırılması, “Fitilə” verilişi ilə bağlı keçirilən etiraz aksiyaları ilə əlaqədar olduğu ehtimal edilir.

Xatirladaq ki, adını çəkdiyimiz azərbaycanlı milli-mədəni fəal 2011-ci ildə Urmu gölü ilə bağlı keçirilən etiraz aksiyasında saxlanılmışdır.
Bu xəbər oxucular tərəfindən 465 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed