Şrift:
Təbrizdə əmək fəalı həbs cəzasına məhkum edilib
04.01.2016 [11:41] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Azərbaycanlı əmək fəalı Əli Faizpur Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsi tərəfindən 8 ay həbs cəzsına məhkum edilib.
2015-ci il oktyabrın 3-də (mehrin 24-də) həbsxanada dünyasını dəyişən mərhum Şahrux Zamaninin dəfn mərasimindən sonra yaxalanan Əli Faizpur “sistemin əleyhinə təbliğ” ittihamı ilə 8 ay azadlıqdan məhrum edilib.

Yayılan məlumatlara görə, “müxalif qrupların xeyirinə olaraq islam cümhuriyyti sisteminin əleyhinə təbliğ etmək” əmək fəalına qarşı elan olunan ittihamlardan olub. Həmçinin bundan öncə bildirilib ki, fəalin mərhum Şahrux Zamaninin dəfn mərasimində iştirak etməsi, onun tutulma səbəblərindən biridir.
Bu xəbər oxucular tərəfindən 557 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed