Şrift:
Əta Kərimi Urmiyənin mərkəzi zindanına intiqal edilib
04.01.2016 [13:25] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Azərbaycanlı milli-mədəni fəal Urmiyənin “9 pillə” ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) təcridxanasından bu şəhərin həbsxanasına inqiqal edilib. O bir neçə gün ETTELAAT təcridxanasında ağır şəraitdə saxlandıqdan sonra yanvarın 3-də (deyin 13-də) həbsxanaya köçürülüb.
Məlumatda bildirilir ki, fəal “9 pillə” ETTELAAT təcridxanasında sorğu-suala tutulmaq üçün ağır təzyiqlərə məruz qalsa da, təhlükəsizlik qüvvələrinə qarşı sonuna qədər müqavimət göstərib.
Xatırladaq ki, adını çəkdiyimiz milli-mədəni fəal 2015-ci il dekabrın 27-də Urmiyənin “Şəhrdari” voleybol komandasının müsabiqəsində təhlükəsizlik qüvvələri tərəfindən tutulub. O dekabrın 30-da ETTELAAT təcridxanasına intiqal edilmişdir.
Bu xəbər oxucular tərəfindən 574 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed