Şrift:
Şəhər Şurasının üzvü: Təbriz əhalisi xərçəng xəstəliyi sunamisi qarşısındadır
04.01.2016 [13:28] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbriz Şəhər Şurasının Abadlıq İşləri Komisyonunun rəisi xərçəng xəstəliyi (sərətan) ilə bağlı xəbərdarlıq edib.
İrəc Şəhin Baher Təbriz Şəhər Şurasının iclasında bildirib ki, “Tibbi Mərkəz xərçəng xəstəliyi ilə əlaqədar 20 faiz müraciətlərin artdığını bildirib. Bütün bunlar havanın çirklənməsi ilə bağlıdır və uzunmüdətdə Təbriz əhalisi xərçəng xəstəliyi sunamisi ilə üzləşəcək.”

O vurğulayıb ki, son zamanlar Təbrizdə havanın çirklənməsi ciddi xəbərdarlıq səviyyəsindədir və bu vəziyyət o həddə çatıbki, hətta buludlu və yağıntılı hava olmadığı günlərdə belə şəhərdə günəşi görmək mümkün deyil.”.

İ.Ş.Baher Təbriz havasının bugünki vəziyyətə gəlməsinin səbəblərinə də toxunub: “Keçmişdə önləyici tədbirlərin alınmaması bu vəziyyəti ortalığa çıxarıb. Əksər fabrikalar arıtma filter sistemi ilə təchiz olunmayıb. Qeyri-standard vəziyyətdə olan maşınların artması və onlara nəzarət edən orqanların diqqətsizliyi isə vəziyyəti biraz da ağırlaşdırıb. Ən önəmlisi isə Təbrizdə 1500 hektardan çox müxtəlif bağ sahələrinin aradan getməsi və onların ticarət obyektinə çevrilməsidir.
Bu xəbər oxucular tərəfindən 618 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed