Şrift:
Səudiyyə Ərəbistanı İranla bütün diplomatik əlaqələrini kəsib
05.01.2016 [10:43] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Səudiyyə Ərəbistanı İranla bütün diplomatik əlaqələrini kəsib. Səudiyyə hökuməti bu addımı bu ölkənin Tehrandakı səfirliyinə və Məşhəddəki konsulluğana hücumdan və hər iki diplomatik korpusa od vurulmasından bir gün sonra atıb.
Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl Cübeyr yanvarın 3-ü axşam saatlarında jurnalistlərə açıqlamasında deyib ki, baş verən hadisədən sonra ölkəsi Tehranla bütün diplomatik münasibətlərini dayandırır: “İranın Səudiyyə Ərəbistanındakı səfirinə və digər diplomatlarına ölkəmizi tərk etmək üçün 48 saat vaxt verilib. Səfirliyimizə hücum, beynəlxalq qanunları açıq-aşkar pozmaqdan başqa bir şey deyil. Biz bu məsələni BMT Təhlükəsizlik Şurasına da çatdırmışıq. İran hökumətinin xarici səfirliklərə və onların diplomatik korpuslarına hücum etməkdə güclü stajı var.

Bizim bütün diplomatlarımız da artıq İranı tərk ediblər və hazırda Dubaydadırlar. Səudiyyə Ərəbistanı digər ölkələrin məhkəmə sistemlərinə hörmətlə yanaşır və heç kəsin də bizim məhkəmələrin işinə müdaxiləsinə icazə vermir. İran ardıcıl olaraq ölkəmizin daxili işlərinə qarışır, bölgədə terrorçu qruplara, o cümlədən də “Əl-Qaidə” terror şəbəkəsinin rəhbərlərini qoruyur, onlara gizli yollarla silah göndərir. Bu isə qəbuledilməzdir. Güman edirik ki, İranla bütün əlaqələri kəsmək ölkəmizin milli maraqlarına uyğun bir addımdır”.

Qeyd edək ki, yanvarın 2-də Səudiyyə Ərəbistanı hökuməti terrorçu fəaliyyətlərdə günahlandırdığı İrana bağlı radikal şiə lideri şeyx Nimr Baqir əl-Nimri edam edib. Müxalif axund Səudiyyə Ərəbistanında ictimai asayişi pozmaqda, ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda və xarici qüvvələrlə əlbir olaraq ölkəyə qarşı terrorçu fəaliyyətlərdə təqsirli bilinərək edam edilib.

Həmin günün axşam saatlarında Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə və onun Məşhəddəki baş konsulluğuna hücum edilib. “Sepah”, “Bəsic” və “Ənsar Hizbullah”ın iki yüzə yaxın üzvü bu ölkənin Tehrandakı səfirliyinin binasına od vurublar. Eyni hadəsə Məşhəddə də baş verib və konsulluq binası yandırılıb.
Bu xəbər oxucular tərəfindən 514 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed