Şrift:
Urmiyədə voleybol müsabiqəsində “Azərbaycan var olsun – Kərimi azad olsun” şüarı səsləndirilib
05.01.2016 [12:54] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Urmiyənin “Şəhrdari” voleybol komandasının keçmiş müsabiqəsində tutulan azərbaycanlı milli-mədəni fəal bu komandanın növbəti müsabiqəsində yeni şüarların səsləndirilməsinə səbəb olub.
Məlumata görə, yanvarın 3-də (deyin 13-də) Urmiyədə bu şəhərin “Şəhrdari” komandası ilə Tehranın “Saypa” takımı arasında keçirilən müsabiqədə azərbaycanlı voleybol tərəfdarları Əta Kəriminin azadlığını tələb ediblər. Onlar “Azərbaycan var olsun – Kərimi azad olsun” şüarı səsləndirməklə milli-mədəni fəalın tutulmasını qınayıb və onun qeyd-şərtsiz azad edilməsini istəyiblər.

Ə.Kərimi bazar günü dekabrın 3-də Urmiyənin “9 pillə” ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) təcridxanasından bu şəhərin həbsxanasına inqiqal edilib. O bir neçə gün ETTELAAT təcridxanasında ağır şəraitdə saxlandıqdan sonra yanvarın 3-də (deyin 13-də) həbsxanaya köçürülüb. Fəal “9 pillə” ETTELAAT təcridxanasında sorğu-suala tutulmaq üçün ağır təzyiqlərə məruz qalsa da, təhlükəsizlik qüvvələrinə qarşı sonuna qədər müqavimət göstərib.

Xatırladaq ki, adını çəkdiyimiz milli-mədəni fəal 2015-ci il dekabrın 27-də Urmiyənin “Şəhrdari” voleybol komandasının müsabiqəsində təhlükəsizlik qüvvələri tərəfindən tutulub. O dekabrın 30-da ETTELAAT təcridxanasına intiqal edilmişdir.
Bu xəbər oxucular tərəfindən 487 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed