Şrift:
Sudan da Tehranla diplomatik əlaqələrini kəsdi
05.01.2016 [13:17] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran səfiri ölkədən qovulub



Sudan hökuməti Səudiyyə Ərəbistanına dəstək vermək üçün İranın bu ölkədəki səfirini ölkədən qovaraq Tehranla diplomatik əlaqələrini kəsib.
Sudan prezidenti Ömər əl-Bəşir yanvarın 4-də Səudiyyə Ərəbistanı vəliəhdinin canişini Məhəmməd Bin Salmana zəng vuraraq Tehranla diplomatik əlaqələri kəsdiyini və İranın Sudandakı səfirini ölkədən xaric etdiyini bildirib. Sudan prezidenti deyib ki, o bu addımı həm də İranın bu ölkənin daxili işlərinə qarışmasına etiraz olaraq atıb. Ömər əl-Bəşir, bu ölkənin Tehrandakı səfirini geri çağırdığını da vurğulayıb. Xatırladaq ki, Bəhreyn və Sudan hökumətləri eyni gündə İranla diplomatik mübasibətlərini dayandırıblar.

Yanvarın 2-də Səudiyyə hökuməti terrorçu fəaliyyətlərdə günahlandırdığı İrana bağlı radikal şiə lideri şeyx Nimr Baqir əl-Nimri edam edib. Müxalif axund ölkədə ictimai asayişi pozmaqda, ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda və xarici qüvvələrlə əlbir olaraq ölkəyə qarşı terrorçu fəaliyyətlərdə təqsirli bilinərək edam edilib.

Həmin günün axşam saatlarında Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə və onun Məşhəddəki baş konsulluğuna hücum edilib. “Sepah”, “Bəsic” və “Ənsar Hizbullah”ın iki yüzə yaxın üzvü bu ölkənin Tehrandakı səfirliyinin binasına od vurublar. Eyni hadəsə Məşhəddə də baş verib. Yanvarın 3-də isə Səudiyyə Ərəbistanı baş vermiş hadisəyə etiraz olaraq İranla bütün diplomatik əlaqələrini kəsib.
Bu xəbər oxucular tərəfindən 509 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed