Şrift:
İntiqam Soltan səfərdən qayıdıb.
05.01.2016 [13:38] - Gündəm, Afişa
Bakı Uşaq Teatrının direktoru- bədii rəhbəri, rejissor, aktyor İntiqam Soltan Şimali Kipr Türk Cümhuriyyətindən səfərdən qayıtdı. Şimali Kipr Türk Cümhuriyyətinin Narkotika ilə Mübarizə Komissiyasının rəhbəri Hasan Karaokçu tərəfindən dəvət almış İntiqam və Arzu Soltan paytaxt Lefkoşa şəhərində Kiprdə Narkomaniyaya qarşı Mübarizə Komissiyasının yaradılmasının bir illiyi münasibətilə keçirilən tədbirə dtədbirdə iştirak etmişlər. Tədbirdə Şimali Kipr Türk Respublikasının baş naziri Özkan Yorğancıoğlu və digər dövlət rəsmiləri iştirak etmişlər. Tədbirdən sonra İntiqam Soltanın Kiprdə tamaşa hazırlaması məsələsi müzakirə olunmuşdur. Narkomaniya ilə mübarizə kompaniyası çərçivəsində demək olar ki, Azərbaycanın bütün rayon, universitet və kolleclərində nümayiş olunmuş, ssenari müəllifi Arzu Soltan, quruluşçu rejissoru İntiqam Soltan olan “Həyatla oyun” tamaşasının Kiprdə səhnələşdirilməsi planlaşdırılır. Azərbaycan və Kipr aktyorlarının birgə ifasında bu tamaşanın həm Azərbaycanda, həm də Kiprdə nümayişi nəzərdə tutulur. Tədbirdə Kiprli aktyorların ifasında İntiqam Soltanın quruluşunda “Həyatla oyun” tamaşasından bir parça da nümayiş olunub.
Bu xəbər oxucular tərəfindən 604 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed