Şrift:
Vəramində Təbrizin “Şəhrdari” komandasını daşıyan avtobusa hücum olub
05.01.2016 [13:40] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Vəramin şəhərində Təbrizin “Şəhrdari” futbol komandasını daşıyan avtobus hücuma məruz qalıb.
Bazar günü Təbrizin “Şəhrdari” komandası ilə Vəraminin “Mətin Salehin” takımı qarşılaşıb, oyun 3:2 hesabı ilə “Şəhrdari”nin xeyirinə sona çatıb. Oyun bitdikdən sonra komandalarının məğlubiyyətini həzm edə bilməyən vəraminli futbol tərəfdarları, “Şəhrdari” komandasını daşıyan avtobusu daşa tutub və onun şişələrini qırıblar.

Hadisənin təfərrüatı barədə dəqiq məlumat yoxdur.

Qeyd edək ki, son illərdə Azərbaycan komandalarına qarşı belə hadisələrə tez-tez rast gəlinir. Təhlükəsizlik qüvvələri və futbol tərəfdarlarının hücumuna məruz qalan Azərbaycan komandaları Futbol Federasyonun İnzibati Komitəsi tərəfindən də ayrıca cəzalandırılır.
Bu xəbər oxucular tərəfindən 653 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed