Şrift:
Küveyt öz səfirini İrandan geri çağırıb
06.01.2016 [10:08] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Küveyt hökuməti öz səfirini İrandan geri çağırıb. Bu barədə Küveyt Dövlət Agentliyi “KUNA” yanvarın 5-də məlumat yayıb.
“KUNA” agentliyinin Küveyt Xarici İşlər Nazirliyindəki mənbələrə istinadən yaydığı məlumatda bildirilir ki, Küveyt hyökuməti Sədiyyə Ərəbistanının Tehrandakı səfirliyinə və onun Məşhəddəki konsulluğuna edilən hücuma etiraz olaraq öz səfirini İrandan geri çağırıb. Məlumatda Küveyt səfirinin geri çağırılmasının müvəqqəti xarakter daşıyıb-daşımaması, bu ölkənin İranla münasibətlərini azaldıb-azaltmayacağı açıqlanmayıb.

Küveyt hökuməti yanvarın 4-də bəyanat yayaraq Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücumu kəskin pisləyərək, bunun beynəlxalq qanunlara qarşı zidd addım olduğunu bildirmişdi. Xatırladaq ki, bundan əvvəl Ər-Riyada dəstək vermək üçün Bəhreyn, Sudan və Cibuti İranla diplomatik əlaqələrini kəsib, Birləşmiş Ərəb Əmirlikləri isə Tehranla münasibətlərini minimuma endirib.

Yanvarın 2-də Səudiyyə hökuməti terrorçu fəaliyyətlərdə günahlandırdığı İrana bağlı radikal şiə lideri şeyx Nimr Baqir əl-Nimri edam edib. Axund ictimai asayişi pozmaqda, ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda və xarici qüvvələrlə əlbir olaraq ölkəyə qarşı terrorçu fəaliyyətlərdə təqsirli bilinərək edam edilib.

Həmin günün axşam saatlarında Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə və onun Məşhəddəki baş konsulluğuna hücum edilib. “Sepah”, “Bəsic” və “Ənsar Hizbullah”ın iki yüzə yaxın üzvü bu ölkənin Tehrandakı səfirliyinin binasına od vurublar. Eyni hadəsə Məşhəddə də baş verib. Yanvarın 3-də isə Səudiyyə Ərəbistanı baş vermiş hadisəyə etiraz olaraq İranla bütün diplomatik əlaqələrini kəsib.
Bu xəbər oxucular tərəfindən 654 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed