Şrift:
Rəsmi Ankara: “İran günahkardır”
06.01.2016 [10:14] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Türkiyə Xarici İşlər Nazirliyi İranla Səudiyyə Ərəbistanı arasında davam edən gərginliyə münasibət bildirib.
Nazirlik verdiyi açıqlama ilə Tehranı günahlandırdı. Rəsmi Ankara Tehrandakı Səudiyyə səfirliyinə edilən hücumların qəbuledilməz hal olduğunu bildirdi. Açıqlamada bildirilir ki, Vyana konvensiyasına əsasən səfirlik binasını qorumaq vəzifəsi qəbul edən dövlətin üzərinə düşür. Bu baxımdan İran beynəlxalq hüquqdan irəli gələn vəzifəni yerinə yetirməyib.
Maraqlısı ondan ibarətdir ki, açıqlamada Səudiyyə Ərəbistanında şiələrin edamına toxunulmayıb.
Qeyd edək ki, İran meylli şiə axundu, şeyx Nimrlə birlikdə 47 nəfərin Səudiyyə Ərəbistanında edam edilməsi İranla Səudiyyə Ərəbistanı arasındakı münasibətləri xeyli gərginləşdirib. Mövcud münasibətlərin müharibə ilə nəticələnəcəyi ilə bağlı da fikirlər səslənməkdədir.
Bu xəbər oxucular tərəfindən 454 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed