Şrift:
Əlirza Fərşinin parlament seçkilərinə namzədliyi qeydə alınmayıb
06.01.2016 [13:27] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran parlamenti seçkilərinə öz namzədliyini irəli sürən azərbaycanlı milli-mədəni fəal Əlirza Fərşi Yekanlıya səlahiyyət verilməyib.
Azərbaycanlı fəalın yanvarın 5-də (deyin 15-də) Mərənd İcra Hakimiyyətindən (fərmandari) aldığı rəsmi məktubda, açıq şəkildə onun namzədliyinin qeydə alınmadığı bildirilib.

Ə.Fərşi qərar elan olundan sonra 4 gün ərzində verilən qərara öz etirazını bildirə bilər.

Qeyd edək kİ, mühəndis Ə.Fərşi Tehran universitetinin məzunudur. O Azərbaycanın milli və demokratik hüquqları uğrunda apardığı dinc mübarizəyə görə bundan öncə də dəfələrlə tutuqlanıb və müxtəlif təzyiqlərə məruz qalıb.
Bu xəbər oxucular tərəfindən 648 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed