Şrift:
Abdullah Abbasi və Fatimə Sattarinin də namzədliyi qeydə alınmayıb
07.01.2016 [11:35] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda 10-cu parlament seçkilərinə namzədliyini irəli sürən Azərbaycan yönümlü və milli-mədəni fəallara səlahiyyət verilmir.

Məlumata görə, urmiyəli insan haqları fəalı və Azərbaycanın tarixi kimliyi uğrunda fəaliyyət edən hüquqşünas xanım Fatimə Sattarinin namzədliyi qeydə alınmayıb. Qərar 2-ci gün (seşənbə günü) Urmiyə İcra Hakimiyyəti (fərmandari) tərəfindən göndərilən rəsmi məktubda bildirilib.

Sulduz şəhərindən öz namzədliyini irəli sürən azərbaycanlı milli-mədəni fəal Abdullah Abbasi Cavana da səlahiyyət verilmədiyi bəlli olub. Məlumata görə, A.Abbasi Cavan Sulduz İcra Hakimiyyətindən aldığı rəsmi məktubda namzədliyinin qeydə alınmadığını öyrənib.

Qeyd edək ki, azərbaycanlıların parlament seçkilərinə namzədliyi o halda qeydə alınmır ki, kürd terrorçuları tərəfindən dəstəklənən Arman Simitqonun namzədliyi ilə bağlı heç bir problem yaşanmayıb. O, 20-ci əsrin əvvəllərində Qərbi Azərbaycanda türklərin kütləvi şəkildə qətlinə fərman verən talançı İsmail Simitqonun nəvəsidir. Onun parlament seçkilərinə namzəd olması azərbaycanlıların xüsusi nigaranlığına səbəb olub.
Bu xəbər oxucular tərəfindən 572 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed