Şrift:
Suriyada daha 10 “Sepah”çı öldürülüb
07.01.2016 [11:36] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran İnqilab Keşikçiləri Korpusunun (Sepah) daha 10 üzvü Suriyada gedən döyüşlərdə həlak olub. Həlak olanlar arasında “Sepah” mayoru Abdulla Qurbani də var.

Bəşər Əsəd rejimi uğrunda qurban getmiş “Sepah”çılar, Abdulla Qurbani, Xudakərəm Rzayi, Məhəmmədcavad Rzayi, Əli Muradi, Əhməd Cəfəri, Hüseyn Fədai, Cavad Həsəni, Həsən Heydəri, Həsən Rəhimi və Məhəmməd Cavid Hüseyni bir neçə gün əvvəl Suriyanın Hələb şəhərində İŞİD –çilər tərəfindən öldürülüb. Öldürülənlərdən, mayor Abdulla Qurbani və “Sepah”ın əfqanlı döyüşçülərdən ibarət “Fatimiyyun” briqadasının üzvü Xudakərəm Rzayi yanvarın 5-də Fəsa və Tehranda dəfn edilib.

Digər 8 “Sepah”çının meyitlərinin isə yanvarın 7-də Məşhəd şəhərində dəfn ediləcəyi bildirilir. Onların Suriyaya nə vaxt göndərildiyi haqda məlumat yayılmayıb.

Qeyd edək ki, İran İslam Respublikası Suriya hökumətinin yaxın müttəfiqi və onun əsas himayədarlarından biri sayılır. Son aylarda Bəşər Əsəd rejimini qorumaq üçün bu ölkəyə göndərilmiş “Sepah”ın onlarla komandir və üzvü İŞİD qüvvələri tərəfindən öldürülüb.
Bu xəbər oxucular tərəfindən 721 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed