Şrift:
Zəncanda işsizlərin sayına 700 nəfər də əlavə olundu
07.01.2016 [11:48] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycan əhalisi bölgəni bürüyən işsizlik probleminin həllini gözlədiyi bir vaxtda problem daha da  kəskinləşir.

Zəncan vilayətinin Sənaye, Mədən və Ticarət Təşkilatının rəisi Zəncan Səhənd Tökmə Zavodunun (karxanə) bağlanmasını bildirib.

Nasir Fəğfuri “Fars” xəbər agentliyinin müxbiri ilə danışıqda bildirib ki, Zəncanın Səhənd zavodu artıq bağlanılıb və burada çalışan 700 nəfər işsiz qalıb. Zavodda 700 iranlı və 22 çinli işləyib, lakin çinlilərin işi bu zavodda artıq sona çatıb.”

Sənaye, Mədən və Ticarət Təşkilatının rəisi əlavə edib ki, “son vaxtlar bir neçə istehsal müəssisəsindən çoxsaylı işçi ixtisar olunub, lakin Səhənd zavodu göz önündə olduğuna görə hər zaman diqqət mərkəzində olub.”

Qeyd edək ki, İranda iqtisadi gərginlik ən çox Güney Azərbaycan və mərkəzdən uzaq bölgələrdə özünü göstərir. İstehsal müəssisələri və iş yerlərinin bağlanılması dalğası artıq bir neçə ildir başlanılıb və Azərbaycanın bütün şəhərlərində oxşar vəziyyət yaşanır.
Bu xəbər oxucular tərəfindən 681 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed