Şrift:
Urmiyədə rejimin əlaltıları silahlı nümayiş keçirib (foto)
08.01.2016 [11:35] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın bəsic qüvvələri (hökumət tərəfdarları yarımsilahlı dəstələr) bir sıra rejimin əlaltıları ilə birlikdə Güney Azərbaycanın Urmiyə şəhərində silahlı nümayiş keçiriblər.
Radikal şiə alimi Baqir Nimr əl-Nimrin edamı bəhanəsi ilə Səudiyyə Ərəbistanının əleyhinə keçirilən nümayişdə hökumət qüvvələrinin silahla əzələ göstərməsi şəhər əhalisinə qorxulu anlar yaşadıb.
Şəkillərdə əks olunduğu kimi, nümayişçilər arasında bəsic qüvvələri və kürd milli geyimində onlarla silahlı şəxs görünür! İllərdir kürd terrorizmindən əziyyət çəkən Qərbi Azərbaycanda silahlı kürdlərin bu şəkildə ortalığa çıxması azərbaycanlıların xüsusi nigaranlığına səbəb olub.

Urmiyədə rejimin əlaltıları silahlı nümayiş keçirib (foto)

Urmiyədə rejimin əlaltıları silahlı nümayiş keçirib (foto)

Urmiyədə rejimin əlaltıları silahlı nümayiş keçirib (foto)
Bu xəbər oxucular tərəfindən 1040 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed