Şrift:
“Traxtur” klubu kamerunlu hücumçunu komandaya cəlb etmək istəyir
09.01.2016 [10:43] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizin “Traxtur” futbol klubu yeni oyunçu axtarışına çıxıb.
Məlumata görə, Tehranın “Neft” klubu Alvis Nanqı istəyən klublara onunla müzakirə aparmağa razılıq verib.

“Traxtur”un baş məşqçisi Əmir Qələnoi komandasının hücum xəttini gücləndirmək üçün kamerunlu futbolçunu öz komandasında görmək istəyir.

İlkin məlumatlara görə, Nanq “Traxtur”a qoşulmaq üçün yüksək məbləğdə pul təklif edib, “Traxtur” klubu isə bu məbləğin azaldılmasını istəyib.

Qeyd edək ki, “Traxtur” klubu komandaya bir güclü hücumçu cəlb etmək istəyir. Lusanyo Edinho, Pəyam Sadeqiyan və Alvis Nanq baş məşqçi Əmir Qələnoinin üstünlük verdiyi hücumçulardır.
Bu xəbər oxucular tərəfindən 704 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed