Şrift:
Seçkilər qabağı baş verən hadisələr Qərbi Azərbaycanı yenidən gündəmə gətirdi
09.01.2016 [10:46] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda 10-cu parlament seçkiləri öncəsi Qərbi Azərbaycan vilayətində digər bölgələrdən təmami ilə fərqli proeslər gedir. Bölgəni kürdləşdirməyə çalışan terrorçu və radikal qüvvələrin yenidən fəallaşdığı müşahidə olunur.
Qərbi Azərbaycan vilayətində 10-cu parlamenti seçkilərinə öz namzədliyini irəli sürən milli-mədəni fəallar və Azərbaycan yönümlü şəxslərin namzədliyininin qeydə alınmaması, Azərbaycan Milli Hərəkatının diqqətini yenidən bu bölgəyə yönəldib. Xəbər verdiyimiz kimi, Azərbaycan şəhərlərindən öz namzədliyini irəli sürən Əlirza Fərşi, Abdullah Abbasi Cavan, Nəvvab Kərimi, Məhərrəm Kamrani, Fatimə Sattari, Məhəmməd Zəvvar Qələlər, Yusif Bidardel və Qadir Kiyani kimi tanınmış fəallara səlahiyyət verilmədiyi halda, radikal kürd qruplaşmaları tərəfindən dəstəklənən Arman Simitqo, Mamusta Məhəmməd Qasimian, Səlahxan Əhmədzadə, Abid Fəttahi, Seyid Fəttah Hüseyni və Əfsanə Misgəri kimi mühacir kürdlərin namzədliyi birinci mərhələ də problemsiz qəbul olunub.
Bu arada qeyd edək ki, 20-ci əsrin əvvələrində Azərbaycan türklərinin kütləvi şəkildə qətliamına fərman verən talançı İsmail Simitqonun nəvəsi Arman Simitqoya səlahiyyət verilməsi rəsmi mənbələr tərəfindən hələlik təsdiq edilməsə də, onun namzədliyinin qeydə alındığı barədə müxtəlif xəbərlər yayılıb.
Kürdçü qüvvələrin Qərbi Azərbaycanda aktivləşməsi bununla da məhdudlaşmır. Son məlumata görə, Urmiyədə bəsic qüvvələri (hökumət tərəfdarları yarımsilahlı dəstələr) bir sıra rejimin əlaltıları və radikal kürdlərlə birlikdə Güney Azərbaycanın Urmiyə şəhərində silahlı nümayiş keçiriblər. Radikal şiə alimi Baqir Nimr əl-Nimrin edamı bəhanəsi ilə Səudiyyə Ərəbistanının əleyhinə keçirilən nümayişdə hökumət qüvvələrinin silahla əzələ göstərməsi şəhər əhalisinə qorxulu anlar yaşadıb. Nümayişçilərin arasında kürd milli geyimində görünən silahlılar isə bu nümayişin Səudiyyə Ərəbistanından daha çox yerli Azərbaycan türklərinə qarşı yönəldiyinə işarədir.
Qeyd edək ki, Qərbi Azərbaycan vilayəti zaman-zaman Azərbaycan Milli Hərəkatının diqqət mərkəzinə çevrilir. Bu, kürd terror qruplaşmalarının Azərbaycanın qərb bölgəsinə olan torpaq iddiası ilə bağlıdır. Onlar hədəflərinə çatmaq üçün terrordan başqa bir neçə istiqamətdə fəaliyyət göstərirlər: İstədikləri əraziyə köç etmək, çox uşaq dünyaya gətirmək və Azərbaycan şəhərlərini kürd şəhəri kimi təqdim etmək üçün bu bölgələrdən ölkə parlamentində kürd millət vəkili göndərmək və s. işlərə əl atırlar. Radikal kürdlər bütün bunları, ticarəti qadağan edilmiş müxtəlif məhsulların qaçaqmalçılığı ilə əldə etdikləri kalan pullar hesabına həyata keçirir.
Bu xəbər oxucular tərəfindən 656 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed