Şrift:
Bakının Nizami rayonunda maye qaz daşıyan yük maşını aşıb, nəticədə yanğınla müşayiət olunan partlayış baş verib
08.02.2012 [14:34] - Hadisə
Bakıda maye qaz daşıyan yük maşını aşıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən bildirilib.

Hadisə bu gün saat 13.00 radələrində, Bakının Nizami rayonu, Nəvai küçəsi, 15 ünvanında, Bakı Neftayırma Zavodunun yaxınlığında qeydə alınıb. Maye qaz daşıyan yük maşını yoldan çıxaraq aşıb. Nəticədə yanğınla müşahidə olunan partlayış baş verib. Hadisə yerinə 10-dan çox yanğınsöndürən maşın çıxarılıb. Ərazidəki insanlar təhlükəsiz əraziyə təxliyə olunublar. Hazırda yanğının qarşısını almaq məqsədi ilə tədbirlər davam etdirilir.
Bu xəbər oxucular tərəfindən 1446 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed