Şrift:
"ABŞ-da tədris olunan “Heydər baba” poeması Təbriz Univerisitetində tədris olunmur"
14.01.2016 [12:12] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
“Şəhriyar” Təhqiqat Mərkəzinin rəisi: “Heydər baba” poeması dünyanın ən böyük folkolorik əsəri kimi Miçiqan universitetində tədris olunur.


Şəhriyar Təhqiqat Mərkəzinin rəisi Azərbaycanın görkəmli şairi ustad Şəhriyar və onun türk dilində yazdığı şeirlərə olan münasibətdən danışıb.
Əlirza Naibi deyib:
“Şəhriyarın “Heydər baba” əsəri dünyanın ən böyük folkolorik əsəri kimi Miçiqan universitetində araşdırılır və tədris olunur. Bu barədə məlumat əldə etmək istəyələr Amerika Birləşmiş Ştatları Miçiqan universitetinin saytına müraciət edib və lazımi informasiyanı əldə edə bilərlər.”
“İsna” xəbər agentliyinin yaydığı məlumata görə, Ə.Naibi sözlərinin davamında qeyd edib ki, “mən 10 illik araşdırmada və fəaliyyətdən sonra bu nəticəyə çatmışam ki, Təbriz universitetində ustad Şəhriyarın yeri və bu universitetdə müdafiə edilən dissertasiyaların (payannamə) sayı, ölkənin digər universiteləri ilə müqayisədə son yerlərdədir.”
O əlavə edib ki, “bir haldaki Təbriz universitetinin saytı hətta alt səhifələrində ustad Şəhriyarla bağlı heç bir məlumat yaymır, onda ölkənin digər universitetlərindən heç nə gözləmək olmaz!”
Sonda Şəhriyar Təhqiqat Mərkəzinin rəisi görkəmli şairlə bağlı etdiyi araşdırmalara işarə edərək “Şəhriyarşünaslıq” kitabının 2015-ci ildə Türkiyədə işıq üzü gördüyünü bildirib.
Bu xəbər oxucular tərəfindən 676 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed