Şrift:
“Mənim günahım” pyesi əsasında eyniadlı tamaşa
15.01.2016 [10:54] - Xəbərlər, Afişa, Bildiriş
Yanvarın 17-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Xalq Yazıçısı İlyas Əfəndiyevin “Mənim günahım” pyesi əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tamaşa Xalq Artisti Mərahim Fərzəlibəyovun quruluşunda təqdim olunacaq.

İki hissəli dramatik və etiraf dolu səhnə əsərinin quruluşçu rəssamı İlham Elxanoğludur. Maraqlı səhnə yozumu olan, müasir həyat həqiqətləri və romantik bir sevgi dastanını xatırladan əsərdə əsas rolları Xalq artistləri Məleykə Əsədova, Hacı İsmayılov, Əməkdar artistlər Elşən Rüstəmov, Əjdər Həmidov, Hicran Nəsirova, aktyorlar Günel İmanova, Rüstəm Rüstəmov, Ləman İmanova və başqaları ifa edəcəklər.

Qeyd edək ki, 1967-ci ildə qələmə alınan pyesin ilk tamaşası elə həmin ildə Əşrəf Quliyevin quruluşunda təqdim olunub. Pyesin motivləri əsasında 1985-ci ildə eyniadlı ekran əsəri də yaradılıb. Yarım əsrlik zaman fasiləsindən sonra Akademik Milli Dram Teatrı yenidən bu pyesə müraciət edib.
Bu xəbər oxucular tərəfindən 654 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed