Şrift:
Əli Əzizi Urmiyə məhkəməsində bir neçə saat saxlandıqdan sonra azad edilib
18.01.2016 [12:37] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Azərbaycanlı milli-mədəni fəal bundan öncə Urmiyənin “Şəhrdari” komandasının müsabiqəsindəki hadisələrlə əlaqədar İnqilab Məhkəməsinə çağırılıb. Fəal 6-cı gün (şənbə günü) məhkəməyə müraciət etsə də, vaxtın az olduğundan onun dosyesinə baxılmayıb və bu iş bazar gününə təxirə salınıb.
Əldə etdiyimiz məlumata görə, fəal qərara əsasən bazar günü məhkəməyə müraciət edib, o məhkəmənin təcridxanasında bir neçə saat saxlandıqdan sonra zəmanətə buraxılıb.

Xatırladaq ki, adını çəkdiyimiz azərbaycanlı milli-mədəni fəalın 19 yaşı var. O Azərbaycanın milli və demokratik hüquqları uğrunda apardığı dinc fəaliyyətə görə bundan öncə də dəfələrlə saxlanılıb və məhkəmədə mühakimə edilib.
Bu xəbər oxucular tərəfindən 646 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed