Şrift:
Ərdoğanla çəkişmə yazıçının işinə yaradı
09.02.2012 [15:06] - Mədəniyyət
Söz davası kitaba böyük maraq yaratdı
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla cağdaş Amerikan ədəbiyyatının ən məşhur simalarından olan Pol Osterin söz çəkişməsi ikincinin işinə yarayıb.
Türkiyədə Pol Osterin kitablarına maraq həddindən çox artıb. Yazıçının son romanı-“Qış gündəliyi” ən çox satılan kitablar sırasındadır. Halbuki bu əsər ötən həftələrdə ən çox satılan kitablar siyahısına düşə bilməmişdi.
Bir həftə içərisində baş vermiş bu yüksəliş çoxlarını təəccübləndirib.
Naşirlər isə bu fikirdədir ki, Türkiyədə Osterin kitablarına hər zaman böyük maraq olub. Belə olmasaydı, “Qış gündəliyi”nin birinci tirajı 21 mini keçməzdi. Bunu nəzərə alan naşirlər Pol Osterin zirvədə yer almasından təəccüblənmədiklərini söyləyirlər. O da nəzərə alınmalıdır ki, bu əsər oxucuların tələbi ilə daha iki dəfə 5 min tirajla çap olunub.

Pol Oster “Hürriyət” qəzetinə verdiyi müsahibədə jurnalistləri həbsdə saxladığına görə Türkiyə hökümətinə etiraz etdiyini bildirib. Buna görə də o, ilk olaraq Türkiyədə çap olunan sonuncu romanının təqdimat mərasiminə gəlməkdən imtina edib.

Sonra isə Türkiyənin Baş Naziri Rəcəb Tayyib Ərdoğan bu ölkəyə gəlməkdən imtina edən məşhur Amerika yazıçısı Pol Osterə cavab verib və “Gəlsən nə olacaq, gəlməsən nə olacaq?” söyləyib.
Bu xəbər oxucular tərəfindən 811 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed