Şrift:
Təbriz Əl İşləri Beynəlxalq Şurasının konfransına ev sahibliyi edəcək
23.01.2016 [11:59] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran rejimi dəllallarının Təbriz xalçasını İran xalçası kimi dünyaya təqdim etməsi, Təbriz və Azərbaycan xalçasının dünya şəhrətinə kölgəyə sala bilməyib.
Məlumata görə, Şərqi Azərbaycan Turizm, Əl İşləri və Mədəni İrs Təşkilatının baş müdiri bildirib ki, Təbriz 2016-cı ilin yaz fəslində Asiya hövzəsində Əl İşləri Beynəlxalq Şurasının konfransına ev sahibliyi edəcək.
Fərzin Həqqpərəs “Şərqi Azərbaycan xalça sənayesinin inkişafına dəstək” konfransında bəyan edib ki, Əl İşləri Beynəlxalq Şurası keçirəcəyi konfrans üçün Asiya hövzəsində Təbrizi ev sahibi kimi seçib.
Əl İşləri Beynəlxalq Şurası (wcc) elan edib ki, beynəlxalq ekspertlərin araşdırmasından sonra Təbriz şəhəri “dünya xalça şəhəri” kimi qeydə alınıb.
Qeyd edək ki, Təbriz şəhərində uzaq tarixdən bəri müxtəlif xalçalar istehsal olunur, Təbriz xalçası dünyada xüsusi şöhrətə malikdir.
Bu xəbər oxucular tərəfindən 706 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed