Şrift:
Ruhani: “Avropa Birliyi ölkələri ilə əlaqələri genişləndirmək bizim əsas siyasətimizdir”
26.01.2016 [20:18] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran prezidenti Həsən Ruhani yanvarın 25-də İtaliya və Fransaya rəsmi səfəri ərəfəsində Tehranın Mehrabad hava limanında jurnalistlərə açıqlamasında ölkəsinin Avropa Birliyi ölkələri ilə əlaqələrindən və bu münasibətlərin əhəmiyyətindən danışıb.
Ruhani deyib ki, onun İtaliya və Fransaya səfəri nüvə razılaşmasının icrasına başlanmasından və ölkəyə tətbiq edilən sanksiyaların ləğvindən sonraya təsadüf etdiyinə görə böyük əhəmiyyət daşıyır: “4 gün sürəcək səfərdə bizimlə İtaliya və Fransa arasında qarşılıqlı əməkdaşlığa dair bir sıra mühüm sənədlər imzalanacaq. İran yeni texnologiyalar sahəsində yaxşı inkişaf edib. Bu kimi texnologiyalara yiyələnmək və onlardan istifadə etmək böyük önəm daşıyır.

Avropa Birliyi ölkələri ilə əlaqələri genişləndirmək bizim əsas siyasətimizdir. Bizim səfər əsnasında hər iki ölkənin rəsmiləri ilə nəqliyyat, aviasiya məkanımızın yeniləndirilməsi, eləcə də sənaye, kənd təsərrüfatı, ətraf mühit, tibb, turizm və digər sahələrlə bağlı mühüm danışıqlarımız olacaq, birgə əməkdaşlıq sahəsində bir çox sənədlər imzalanacaq”.

Ruhaninin İtaliyaya səfərində onun Roma papası ilə görüşü nəzərdə tutulub.
Bu xəbər oxucular tərəfindən 753 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed