Şrift:
Seçkilər ərəfəsində azərbaycanlı fəal Əzimi Qədimin Urmiyə səfəri məhsuldar olub (fotolar)
26.01.2016 [20:26] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda 10-cu prlament seçkilərinə hazırlıq işləri gedir. Kürd terror təşkilatları və radikal mühacir kürdlərin Qərbi Azərbaycan şəhərlərində aktivləşməsi azərbaycanlı milli-mədəni fəalların diqqətindən qaçmır.
Son məlumata görə, tanınmış azərbaycanlı milli-mədəni fəal Höccətul-İslam Əzimi Qədim parlament seçkiləri öncəsi Qərbi Azərbaycan Vilayətinin mərkəzi şəhəri Urmiyəyə səfər edib. Səfər fəallarım koordinasiyalı şəkildə fəaliyyət göstərməsi, onların arasındakı birliyin daha da möhkəmləndirilməsi, seçkilərdə səslərin pərakəndə şəkildə dağılmasına qarşı tədbir almaq kimi həfəflərə yönəlib.
Höccətul-İslam Əzimi Qədim Urmiyədə yerli fəallar tərəfindən hörmətlə qarşılanıb və onların arasında geniş müzakirələr aparılıb. Fəallar koordinasiyalı şəkildə fəaliyyət göstərmək və türk millət vəkillərini dəstəkləmək barədə razılığa gəliblər. Azərbaycanlı fəalın Urmiyə səfəri Güney Azərbaycan saytları və social şəbəkələrdə də geniş şəkildə işıqlandırılıb.
Seçkilər ərəfəsində azərbaycanlı fəal Əzimi Qədimin Urmiyə səfəri məhsuldar olub (fotolar)

Seçkilər ərəfəsində azərbaycanlı fəal Əzimi Qədimin Urmiyə səfəri məhsuldar olub (fotolar)

Seçkilər ərəfəsində azərbaycanlı fəal Əzimi Qədimin Urmiyə səfəri məhsuldar olub (fotolar)

Seçkilər ərəfəsində azərbaycanlı fəal Əzimi Qədimin Urmiyə səfəri məhsuldar olub (fotolar)
Bu xəbər oxucular tərəfindən 713 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed