Şrift:
Parlament Ərdəbil Azad Ticarət Məntəqəsi layihəsini rədd etdi!
27.01.2016 [10:02] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Ərdəbil Vilayəti əhalisinin uzun müddətdir gözlədiyi layihə gərçəkləşməyəcək. Məlumata görə, Ərdəbil Azad Ticarət Məntəqəsi layihəsi İran parlamenti tərəfindən ikinci dəfə olaraq rədd edilib.
Ərdəbil Vilayətinin Parsabad, Biləsuvar və Germi kimi şimal şəhərləri üçün nəzərdə tutulan Azad Ticarət Məntəqəsi layihəsinin rədd edildiyindən sonra Ərdəbil, Nir, Nəmin və Səreynin İran parlamentindəki millət vəkili Kəmaləddin Pirmüəzzin “Fars” xəbər agentliyinə bildirib ki, “Dövlət və millətə müxalif olan millət vəkilləri intiqam aldılar, lakin biz layihənin 10-cu məclis tərəfindən qəbul ediləcəyinə ümid edirik.”
Millət vəkili əlavə edib ki, “layihə qəbul olunsaydı Ərdəbil Vilayətinin sürətli inkişafı üçün zəmin yaranardı və əhalinin iqtisadi, ictimai və siyasi sahələrdəki gözləntiləri gərçəkləşərdi, lakin bu mümkün olmadı.” O əlavə edib ki, Ərdəbil Vilayətinin bütün millət vəkilləri uzun zamandır bu istiqamətdə çalışır. Lakin onların bütün cəhdlərinə baxmayaraq səsverməyə çıxarılan layihə qəbul olunmadı.”
Qeyd edək ki, Ərdəbil Azad Ticarət Məntəqəsi layihəsinin parlament tərəfindən rədd edilməsi heç də təəccüblü görünmür. Bu layihənin gərçəkləşəyəcəyi təqdirdə bölgə əhalisi ilə Azərbaycan Cümhuriyyəti əhalisi daha çox yaxınlaşıb və bölgə iqtisadiyyatının inkişafı üçün yeni şərait yaranacaqdı. İran rejimi isə hər zaman bu kimi layihələrə qarşı durub.
Bu xəbər oxucular tərəfindən 627 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed